Əlaqə Arxiv
news Image
2020.08.04
18:26
| A A A
Pandemiya dövründə “nikah aktı planlayanlar və gənc ailələr üçün” layihə icra olunacaq
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) "Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkil edilməsi" layihəsinin icrasına başlayıb. Layihə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, Layihənin məqsədi COVİD-19 pandemiyasının şərtləri altında nikah aktlarını təxirə salan, gözləmə mövqeyi tutan şəxslər üçün konsultativ yardımlar təşkil etməkdir. Belə şəxsləri yeni dövrün şərtlərinə uyğun formalaşdırılmış nikah mərasimləri formaları ilə tanış etmək, bu yolla, nikah proqramlarını yeni dövrün şərtlərinə uyğunlaşdırmağa sövq etməkdir. Nikah və toy mərasimləri sahəsində yeni standartlar, yeni vərdişlər formalaşır. Mütəxəssislərin, ekspertlərin bu yöndə təklif və tövsiyyələrinin ictimailəşdirməsi, cəmiyyətə çatdırılması və dərk edilməsi üçün KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir. Layihənin məqsədlərindən biri KİV-lərin bu sahədə rolunun stimulaşdırılmasından ibarətdir. Həmçinin, gənc, imkansız ailələrə konsultativ və maddi yardım göstərmək də layihənin əsas məqsədləri sırasındadır. Ələsgərli qeyd edib ki, pandemiya dövründə Azərbaycanda və digər ölkələrdə tətbiq edilən yeni nikah -toy mərasimləri formaları barədə bilgilər, həmçinin, mövzu üzrə ekspert tövsiyyələri əyani vəsait – kitabça formasında toplanılacaq. PDF variantda hazırlanacaq kitabça internet resurslarında yerləşdiriləcək və hər kəs üçün əlçatan olacaq. İP göstəricisi yüksək olan internet TV-lərdən birində mövzu üzrə müzakirələr təşkil ediləcək. TV müzakirədə mövzu üzrə ekspert iştirak edəcək, cualları cavablandıracaq. Bakı şəhərində, Cəlilabad və Masallı rayonlarında (sərt karantin rejimi tətbiq edilmiş şəhər və rayonlarda) 30 nəfər gənc və imkansız ailə müəyyənləşdiriləcək, onlarla konsultativ söhbət aparılacaq və sosial yardım göstəriləcək.
Sizin Reklam Yeriniz