Əlaqə Arxiv
news Image
2020.08.07
10:37
| A A A
Səhiyyə işçiləri üçün yeni təlimlərə start verilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həyata keçirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsinin birinci mərhələsi çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Təlimçilər üçün təlim”lərə start verilib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Mövqe.az-a verilən məlumata görə, bu layihənin məqsədi Şərq Tərəfdaşlığı ölkələrində ictimai səhiyyə sahəsində fövqəladə halların qarşısını almaq, hazırlıq və mübarizə imkanlarını gücləndirməkdir.

Qeyd edək ki, Avropa İttifaqı Azərbaycan da daxil olmaqla Şərq qonşuluğundakı altı ölkəyə COVID-19 pandemiyasına qarşı mübarizəyə yardım etmək məqsədilə 30 milyon investisiya ayırıb.

Sizin Reklam Yeriniz