Əlaqə Arxiv
news Image
2020.08.08
11:33
| A A A
Avtobus sayını artırmaqla yoluxmanı azalda bilmərik

İctimai nəqliyyatda təbii ki, sıxlıq var. Bir aydan çoxdur metro bağlıdır və 600 mindən çox sərnişinin avtobuslarda daşınması sıxlığa səbəb olub.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Bu gün sıxlığın azaldılması üçün xəttə əlavə avtobuslar buraxılır. Təlimat verilib ki, qarajlarda istifadə olunmayan avtobus qalmasın. Lakin səhər və axşam saatlarında avtobuslarda daha çox sıxlıq olur. Əgər insanlar tələsmirlərsə, xahiş edirik ki, pik saatlarda ictimai nəqliyyatdan istifadə etməsinlər. Belə olan halda nə sıxlığı görəcəyik, nə də virusa yoluxma halları artacaq. Nəzərə alaq ki, avtobus sayı artırmaqla virusa yoluxmanı azalda bilmərik", - o bildirib.

Sizin Reklam Yeriniz