Əlaqə Arxiv
news Image
2020.08.10
15:37
| A A A
Qeyri-ərzaq mağazalarında fəaliyyət bərpa olunub

Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

Bu gündən etibarən Operativ Qərarghahın qərarı ilə ölkənin 13 şəhər və rayonlarında qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti icazə verilib.

Mövqe.az-ın məlumatına görə, fəaliyyəti barpa olunan qeyri ərzaq mağazalarda açılışa uyğun qabaqlayıcı profilaktik tədbirlər də görülüb. Həmin obyektlərdən biri də Bakıda yerləşən "Maskoolin" mağazasıdır ki, buranın sahibi də qabaqlayıcı tədbirlər görərək, obyektin daxili hissəsində dezinfeksiya işləri aparıb. İçəri yalnız maska ilə buraxıldığı və araməsafəsinin gözlənilməsi bildirilir. Bu barədə obyektin ön şüşəsində də qeyd olunub.

Sahibkarın sözlərinə görə, onlar bu günü çoxdandır gözləyirdilər. Mağaza bağlı olduğu dönəmdə onlar da digər sahibkarlar kimi işlərini yalnız online satış üzərindən həaya keçirtdiklərini söyləyiblər.

Sizin Reklam Yeriniz