Əlaqə Arxiv
news Image
2020.08.13
13:45
| A A A
Metropoliten işçi qəbulu elan edib

“Bakı Metropoliteni” QSC “sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə işçi qəbulu elan edir.

Bu barədə Mövqe.az-a qurumdan bildirilib.

Məlumata görə, müsabiqədə iştirak etmək istəyənlərə əsas tələblər aşağıdakılardır:

- təhsil: ali və ya texniki peşə

- yaş həddi: 30 yaşına qədər

- hərbi bilet (yararlılıq kateqoriyası ilə kişi namizədlər üçün)

- boy: qadın namizədlər üçün 165 sm və daha uca, kişi namizədlər üçün 170 sm və daha uca.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Seçilmiş namizədlər tibbi yoxlamadan keçməklə 1 (bir) ay müddətinə xüsusi hazırlıq kursuna buraxılacaqlar.

Kursu müvəffəqiyyətlə başa vuran iddiaçılar test imtahanına cəlb olunacaqlar.

Yüksək bal toplayanlar praktiki təlimlərdə iştirak edərək, “sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə qəbul ediləcəklər.

İddiaçılar “Bakı Metropoliteni” QSC-nin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Elektron müraciət doldurularkən, iddia etdiyiniz vəzifə kimi “platforma növbətçisi” yazılmalıdır.

Qeyd edək ki, elektron ərizələr 31 avqust 2020-ci il tarixinə qədər qəbul edilir.

Sizin Reklam Yeriniz