Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi
Pandemiya ilə əlaqədar məhkumlarla görüş, həmçinin sovqat və banderolların ötürülməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Mövqe.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bununla əlaqədar penitensiar müəssisələrdə mövcud olan qısamüddətli görüş otaqları həmin tələblərə uyğun yenidən qurulub və danışıq qurğuları ilə təchiz edilmiş şüşə arakəsmələr və kabinalar təşkil olunub:
“Artıq müəssislərin çoxunda yaradımış bu şəraitə uyğun məhkum və həbs olumuş şəxslərə qısa müddətli görüşlərin verilməsinə başlanılıb
Bununla yanaşı, ailələri ilə əlaqə saxlanılması məqsədilə məhbusların telefon danışıqları imkanları genişləndirilib”, - məlumatda bildirilir.