Tbilisi prospektinin daha bir hissəsi bağlanacaq
Bu gün saat 00:00-da yolun əks istiqamətində hərəkət tam məhdudlaşdırılacaq
Bu gün saat 00:00-da Tbilisi prospektinin Salamzadə küçəsindən "20 Yanvar" metro stansiyasınadək hissəsi təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti üçün bağlanacaq.
Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, Tbilisi prospektində təmir işləri ilə əlaqədar bağlanan avtomobil yolunun 500 metrlik hissəsi artıq açılıb və bu gün saat 00:00-da yolun əks istiqamətində hərəkət tam məhdudlaşdırılacaq.