Əlaqə Arxiv
news Image
2020.08.15
11:11
| A A A
Masallı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirilib

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.

Virtual qəbul zamanı Güllütəpə kənd sakini Nicat Ağamalı oğlu Tarverdeiyev maddi yardım, Masallı şəhər sakinləri – Nəzakət Əhmədəli qızı Muxtarova evinin təmiri, İmaməddin Valeh oğlu Zeynalov işlə təmin olunması, Türkoba kənd sakini Aminə Fazil qızı Cavadova şəxsi məsələ ilə bağlı qəbul,  Qarğalıq kənd sakini İmran Zahid oğlu Xəmmədov işlə təmin olunması, Şıxlar kənd sakini Xatirə Rzabala qızı Həsənova maddi yardım, Banbaşı kənd sakini Əzim Heydər oğlu Əzimov payıbəlli torpaq sahəsi, Mahmudavar kənd sakini Rüqəyyə Etibar qızı Fərəcova Ünvanlı Sosial Yardım və s. ilə bağlı müraciətlərini səsləndiriblər.

Videoqəbul zamanı RİH başçısı Şahin Məmmədov rayon sakinlərinin müraciətlərini dinləyib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan müraciətlərin yerindəcə həll edilməsi barədə göstərişlər verib, aidiyyatı orqanlara  çatdırılması üçün qeydiyyata alınan digər məsələlərin isə nəzarətə götürüldüyünü bildirib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz