Aşura günü qan vermək üçün... - Qərargah
Pandemiya ilə bağlı olaraq bu il məscidlər işləməyəcək. Aşura günündə qan verilməsi üçün Qan bankına vətəndaşlar müraciət edə bilərlər.
Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in Mikroviologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Milli Hemotologiya və Transfzuologiya Mərkəzinin bir neçə şöbəsi bunun üçün ayrılıb. Vətəndaşlar qan verilməsi üçün Aşura günündə müraciət edə bilərlər", - o bildirib.