Əlaqə Arxiv
news Image
2020.08.16
17:06
| A A A
Nursultan Nazarbayevin nəvəsi vəfat edib

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin nəvəsi və ölkə senatının eks-spikeri Dariqa Nazarbayevanın oğlu Aysultan Nazarbayev 30 yaşında vəfat edib.

Mövqe.az-ın məlumatına görə, bu barədə Zakon.kz xəbər portalı xəbər yayıb.

Məlumatda deyilir: “Aysultan Nazarbayev bu gecə Londonda dünyasını dəyişib. Ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, onun ürəyi dayanıb. Digər detallar hələ bilinmir”.

Aysultan Nazarbayev 26 Avqust 1990-cı ildə Qazaxıstanın əks-prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva və Rahat Əliyevin ailəsində anadan olub. Astanadakı "Beynəlxalq Davamlı Təhsil Kollecində", həmçinin Avstriyadakı "Amerika Beynəlxalq Məktəbi"ndə təhsil alıb. 2010-cu ildə Sandxerstdə "Britaniya Kral Hərbi Akademiyası"nı bitirib. Karyerasını 2012-ci ildə Qazaxıstan müdafiə nazirliyinin baş kəşfiyyat idarəsində başlayıb.

Sizin Reklam Yeriniz