Əlaqə Arxiv
news Image
2020.08.16
22:42
| A A A
Türkiyədə koronavirusdan daha 997 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Mövqe.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 974 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 192 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 249 309 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 997 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 230 969 nəfər təşkil edir.

Sizin Reklam Yeriniz