Əlaqə Arxiv
news Image
2020.08.17
15:58
| A A A
Umayra Tağıyeva: Dəyişən iqlim bu ilin avqust ayında da özünü göstərir

Avqust ayının ortalarında hava şəraiti ölkəmizdə yay fəsli üçün nisbətən sərin keçir. Ötən illərlə müqayisədə yağışlı günlərin sayı da çoxdur. Bunu Trend-ə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə adətən avqust ayında Naxçıvan MR-da, ölkənin aran bölgəsində və Abşeronda çox isti və quraq hava müşahidə olunur: "Lakin bu il fərqli mənzərə yaranıb. Artıq bir çox rayonlarda və Abşeron yarımadasında cəmi 17 gün ərzində yağıntının miqdarı adətən ay ərzində düşən yağıntının miqdarından çoxdur.

Məsələn, Abşeron yarımasında düşən yağıntının miqdarı aylıq normanın 147 faizi olub. Bu müddət ərzində ən çox yağıntı isə İsmayıllıya (aylıq normanın 191 faizi), Sabirabada (aylıq normanın 182 faizi), Şəkiyə (aylıq normanın 109 faizi) və Mingəçevirə (aylıq normanın 101 faizi) düşüb.

Yağan intensiv leysan yağışlar nəticəsində 4 dəfə daşqın, sel hadisəsi olub. Müqayisə üçün bildirim ki, 2019-cu ilin avqust ayında sel daşqın hadisəsi qeydə alınmayıb.

 

Çoxillik meteoroloji müşahidələrə görə avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı orta hesabla dörd gün təşkil edir. Yağışlı günlərin sayında da artım var. Belə ki, yağışlı günlərin sayına görə Balakən-Şəki zonası fərqlənir. Bu bölgədə yağışlı günlərin sayı on gün, Mərkəzi-Aran və Qazax-Gəncə zonasında isə yeddi gün təşkil edib”.

U.Tağıyeva qeyd edib ki, avqustun 17-də Bakıda və Abşeron yarımadasında bir neçə saat ərzində düşən yağıntının miqdarı 7-10 mm olub ki, bu da aylıq normanın 115-127 faizidir.

“1992-ci ildən 2020-ci ilədək olan çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, Bakıda və Abşeronda buna oxşar proseslər cəmi iki dəfə, 2009-cu il avqustun 11-də və 2011-ci il avqustun 24-də qeydə alınıb. Bu kimi proseslər son onilliklərdə iqlim dəyişmələri fonunda artan anomal hidrometeoroloji hadisələrin təzahürüdür”.

Sizin Reklam Yeriniz