Əlaqə Arxiv
news Image
2020.08.20
15:15
| A A A
Aşura günü kütləvi dini tədbirlərin keçirilməsi virusun sərtləşməsinə səbəb ola bilər
Kütləvi mərasimlər təşkil olunnmamalıdır

Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, virusun geniş yayılmasına, vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər.

Bu fikri Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, dövlətimiz tərəfindən pandemiyanın qarşısının alınması, vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunması üçün lazımi tədbirlər görülür. Bütün dünyada, o cümlədən Azərbaycanda xəstəliyin geniş yayılmaması üçün kütləvi tədbirlər qadağan olunub. Lakin təəssüf ki, xəstəliyə yoluxma halları davam etməkdədir. Odur ki, hər bir vətəndaş, o cümlədən dindarlar Nazirlər Kabineti yanında Operativ Qərərgahın qəbul etdiyi qayda və tələblərə əməl etməli, kütləvi mərasimlər təşkil olunmamalıdır.

Bu il pandemiya ilə əlaqədar Azərbaycanda Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazlarının da qılınmadığını qeyd edən dini icmanın sədri xalqımızın hazırkı çətinliyi geridə qoyacağına, dini tədbirlərini növbəti illərdə davam etdirəcəyinə əminliyini bildirib.

Sizin Reklam Yeriniz