Əlaqə Arxiv
news Image
2020.08.20
16:24
| A A A
Biləsuvarda şəhid ailələri üçün mənzillər tikilir
18 yeni mənzilin tikintisinə başlanılıb

Biləsuvar rayonunda şəhid ailələləri və Qarabağ müharibəsi əlilləri üçün 18 yeni mənzilin tikintisinə başlanılıb. 

"Report"un Muğan bürosunun məlumatına görə, yeni mənzillərin tikintisinin 4-nün şəhər ərazisində, 14-nün isə rayonun kəndlərində bu ilin sonunadək başa çatırılması nəzərdə tutulub. Artıq 2 və 3 otaqlardan ibarət olan mənzillərin əksəriyyətinin təməli qoyularaq hörgü işlərinə başlanılıb. 

Tikinti işlərinin keyfiyyətlə aparılması üçün bu evlərə sahib olacaq insanların yaxından nəzarəti də təmin edilib.  Fərdi mənzillər vətəndaşların arzusuna uyğun müəyyənləşdirilən ünvanlarda aparılır.

Sizin Reklam Yeriniz