Əlaqə Arxiv
news Image
2020.08.21
11:08
| A A A
Ukraynada COVID-19-a yoluxanların sayı 100 mini ötüb

Ukraynada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 100 mini ötüb.

Mövqe-nin xəbərinə görə, bu barədə bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ukraynada son sutka ərzində infeksiyaya 2 106 yoluxma halı qeydə alınıb və ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 100 643 nəfərə çatıb.

Xəstəliyə yoluxanlardan 51 078 nəfər sağalıb.

Son sutka ərzində COVID-19-dan 23 nəfər vəfat edib ki, bununla da infeksiyadan ölənlərin sayı 2,1 min nəfəri ötüb.

Sizin Reklam Yeriniz