Əlaqə Arxiv
news Image
2020.08.24
15:49
| A A A
Cəbhə xəttində yerləşən kəndin elektrik enerji sistemi yenidən qurulub

 

İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ), Tərtər Elektrik Şəbəkəsinin xidməti ərazisi olan Həsənqaya kəndində geniş quruculuq işləri həyata keçirilib.

“Azərişıq” ASC-dən bildirilib ki, düşmənlə üz-üzə, təmas xəttində yerləşən Həsənqaya kəndinin elektrik enerjisi sistemi istifadəyə yararsız vəziyyətdə olub. “Azərişıq” ASC bu kənddə elektrik enerji sistemini tamamilə yenidən qurub. İstismara yararsız dayaq və naqillər, həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunub.

Sizin Reklam Yeriniz