Əlaqə Arxiv
news Image
2020.08.24
17:03
| A A A
Bu gündən etibarən 24 ölkədən Estoniyaya gələnlər iki həftəlik karantinə alınılacaqlar

 

 

Avqustun 24-dən etibarən Avstriya, Andorra, Belçika, Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, Kipr, Lixtenşteyn, Lüksemburq, Malta, Monako, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Fransa, Xorvatiya, Çexiya, İsveçrə və İsveçdən Estoniyaya gələn hər kəs ölkəyə daxil olarkən ikihəftəlik özünütəcrid rejiminə əməl etməli olacaq.

Siyahıya İngiltərə və Lixtenşteyn əlavə edilib, San Marino isə çıxarılıb. Siyahıda qərarlaşan ölkələrdən Estoniyaya qayıtdıqdan sonra məcburi özünütəcrid rejiminin tətbiqi tələb olunur.

Estoniyanın “qırmızı zona” siyahısında yer alan ölkələrin sayı ötən həftə ilə müqayisədə 24-ə yüksəlib. Avropalı turistlər üçün özünütəcrid rejimi Sloveniya, Almaniya, İtaliya, Slovakiya, Litva, Latviya, Norveç, Macarıstan, Finlandiya, Vatikan və San Marinodan gələn şəxslərə şamil edilmir.

Avropa İttifaqında razılaşdırılmış siyahıya daxil olan üçüncü ölkə vətəndaşlarına da Estoniyaya gəlməyə icazə verilir. Bu siyahıya hazırda Avstraliya, Gürcüstan, Yaponiya, Kanada, Cənubi Koreya, Ruanda, Tailand, Tunis, Uruqvay və Yeni Zellandiya daxildir.

Estoniya Xarici İşlər Nazirliyi son 14 gün ərzində koronavirusa yoluxma nisbətinin hər 100 min nəfərə 16 və ya daha az hal təşkil etdiyi və hərəkət azadlığına məhdudiyyət qoyulmadığı Avropa ölkələri istisna olmaqla, ölkə vətəndaşlarına yaxın günlərdə səfərə çıxmamağı israrla tövsiyə edir.

Sizin Reklam Yeriniz