Əlaqə Arxiv
news Image
2020.08.25
10:56
| A A A
Bu ərazilərdə su olmayacaq
Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İstehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Sizin Reklam Yeriniz