Əlaqə Arxiv
news Image
2020.08.25
17:49
| A A A
2019-cu ildən ovçuluq biletlərinin alınması “ASAN xidmət” tərəfindən tənzimlənir
2019-cu ildən ovçuluq biletlərinin alınması "ASAN xidmət" tərəfindən tənzimlənir. Mövqe.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. Onun sözlərinə görə, vətəndaşlar ovçuluq bileti almaq üçün Bakıdakı 5 saylı "ASAN xidmət" mərkəzinə müraciət edərək şəxsiyyət vəsiqəsi, 4/3 ölçüdə şəkil təqdim etməli və ərizə yazmalıdılar: ƏTRAFLI Red Bull "Bundan sonra müvafiq olaraq test imtahanları keçirilir. Bir həftə ərzində həmin şəxs həm test imtahanını verir, 75%-dən çox sual cavablandırılarsa, həmin şəxs ovçuluq bileti alır. Qanunvericiliklə ovçuluq biletlərinin Hərbi Ovçuluq İttifaqı tərəfindən də verilməsi nəzərdə tutulub. Hazırda həmin İttifaqın statusu ilə əlaqədar dəyişikliklərin olması səbəbindən həmin biletlər bu ov mövsümündə qüvvədə olacaq. Növbəti ildən isə həmin qurumla bununla bağlı müzakirə aparılacaq. Ov icazələrinin alınması isə vətəndaşların yaşadıqları ərazilər üzrə həyata keçirilir. Kim hansı regionda yaşayırsa, həmin regionlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi ekologiya şöbələrinə müraciət edə bilər. Orada geniş məlumat veriləcək, rüsumlar orada elanlar bölməsində qeyd edilib. İstəyənlər müraciət edib qısa müddətdə ov üçün icazə ala bilərlər".
Sizin Reklam Yeriniz