Əlaqə Arxiv
news Image
2020.08.27
13:22
| A A A
İşğal altında olan Azərbacan ərzilərində koronavirusa yoluxanların sayı 274-ə çatıb

Azərbacanın işğal altında olan ərzilərində yeni növ koronavirusa yoluxanların ümumi sayı 274 nəfərə çatıb.

Mövqe-nin "armenpress"ə istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutka ərzində 3 yeni yoluxma faktı qeydə alınıb. 

İndiyə qədər 252 nəfər xəstəlikdən sağalıb. 20 nəfərin müalicəsi davam edir və hazırda müalicəsi davam edən şəxslərdən iki nəfərin vəziyyəti orta-ağırdır. 

43 nəfər karantindədir.

İndiyə qədər Dağlıq Qarabağda koronavirusdan ölüm halı qeydə alınmayıb. Həkimlər bildirib ki, koronavirus infeksiyası aşkarlanan iki nəfər vəfat edib ki, onların da ölüm səbəbi başqa xəstəliklərlə bağlıdır.

Sizin Reklam Yeriniz