Əlaqə Arxiv
news Image
2020.08.27
20:09
| A A A
Yaponların uzun ömür sürmələrinin səbəbi açıqlandı

Yaponiya sakinlərinin başqa millətlərə nisbətən daha uzun ömür sürmələrinin səbəbi gündəlik yeməklərində balıq və dəniz məhsullarının, habelə bitkilərin üstünlük təşkil etməsi, şəkərli içkilərin isə yox dərəcəsində olmasıdır.

Mövqe xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli Xərçəng Tədqiqatları Mərkəzi yanında İctimai Səhiyyə Elmləri Mərkəzinin direktoru Şoiçiro Tsuqane bildirib.

Onun sözlərinə görə, sadalanan hər məhsul bir çox ciddi xəstəliyə yoluxma ehtimalını xeyli azaldır.

O, həmçinin qıcqırmış paxlaların da xərçəng riskini azaldaraq ürək damar xəstəliklərinin qarşısını aldığını diqqətə çatdırıb.

Sizin Reklam Yeriniz