Əlaqə Arxiv
news Image
2020.08.27
16:10
| A A A
Bakı-Sumqayıt yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir.

Bu barədə Mövqe-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumatda həmçinin bildirilib ki, bununla əlaqədar olaraq, hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır.

Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq təhlükəsizlik tədbirləri görüləcək.

Sizin Reklam Yeriniz