Əlaqə Arxiv
news Image
2020.08.31
10:42
| A A A
Binəqədi rayonunda növbəti reyd keşirilib
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə, ölkəmizdə elan olunmuş xüsusi karantin rejimilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət və əhalinin maarifləndirilməsi məqsədilə Binəqədi rayonunda yaradılmış könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən növbəti rəyd həyata keçirilib. Rayonun müxtəlif ərazilərində fəaliyyətinə icazə verilmiş mağazalarda gənclər tərəfindən keçirilən reydlər zamanı sahibkarlarla və vətəndaşlarla söhbətlər aparılmış, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunmuş, karantin rejiminin yumşaldılmasına baxmayaraq mütləq şəkildə tibbi maskadan istifadə etmələri, sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıqlar olunub.
Sizin Reklam Yeriniz