Əlaqə Arxiv
news Image
2020.09.07
11:30
| A A A
Türkmənistanda yoluxucu xəstəlikdən müalicədən imtinaya görə həbs cəzası nəzərdə tutulub
Türkmənistanda təhlükəli infeksiyalardan müalicə olunmaqdan imtinaya görə həbs cəzası nəzərdə tutulub. Mövqe.az-ın məlumatına görə, bu barədə ölkənin Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, yoluxucu xəstəliyi olduğunu bilə-bilə xəstəxananı tərk edən və ya digərlərinin yoluxması təhlükəsini yaradan şəxs iki il müddətinə azadlıqdan məhrum edilə bilər. Yoluxma insan ölümünə səbəb olacağı təqdirdə isə cəza müddəti 5 ilədək artırıla bilər. Qeyd edək ki, Türkmənistanda bu günədək koronavirus yoluxma barədə rəsmi məlumat verilməyib.
Sizin Reklam Yeriniz