Əlaqə Arxiv
news Image
2020.09.17
15:07
| A A A
Bir qrup Quba və Qusar sakinləri “Mədəni irs və multikultural inkişaf” maarifləndirmə ictimai birliyinin layihəsindən faydalandı
Bir qrup Quba və Qusar sakinləri “Mədəni irs və multikultural inkişaf” maarifləndirmə ictimai birliyinin layihəsindən faydalandı

 

Cari ilin 8-10 sentyabr tarixində “Mədəni irs və multikultural inkişaf” maarifləndirmə ictimai birliyi “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Quba və Qusar rayonlarında keçirdiyi layihə çərçivəsində hər birində  15 olmaqla 30 imkansız ailəyə ərzaq məhsulları və tibbi gigiyenik ləvazimatlar göndərib. Proses rayon Mərkəzi Poçt Şöbələri vasitəsilə həyata keçirilib. 

Layihənin məqsədi Quba və Qusar rayonlarında ehtiyaclı ailələrin sosial və tibbi-gigiyenik ehtiyaclarını qarşılamaqdır.

Layihənin rəhbəri “Mədəni irs və multikultural inkişaf” maarifləndirmə ictimai birliyinin sədri Gülbahar Əliyevadır. 

Faydalananlar layihədən razı qalaraq belə aksiyaları yüksək qiymətləndiriblər.

Aksiyanın həyata keçirilməsində yaxından itirak edən layihə heyətinə, Qusar və Quba rayon poçt Şöbəsinin rəhbərliyi və əməkdaşlarına, habelə layihəyə dəstək  verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk.

Sizin Reklam Yeriniz