Meşələrdə quraşdırılan kameraların sayı artırılacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən, əsasən, Oğuz-Şəki zonasındakı meşələrdə müşahidə kameraları quraşdırılıb. Belə kameraların sayının daha da artırılması nəzərdə tutulur.
Mövqe.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, müşahidə kameraları meşələrin daha yaxşı mühafizə olunmasına yardım edir.