Əlaqə Arxiv
news Image
2020.09.20
20:20
| A A A
Türkiyədə pandemiya qurbanlarının sayı 7 500-ü ötdü

Bu gün Türkiyədə daha 61 nəfər koronavirusdan ölüb.

Mövqe.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahretti Koca bildirib.

Nazir qeyd edib ki, bununla Türkiyədə pandemiya qurbanlarının sayı 7 506 nəfərə çatıb.

O, bildirib ki, son sutkada daha 1 519 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 302 867 nəfərə yüksəlib. Ölkədə 1 456 nəfər ağır koronavirus pasiyenti var.

Fahrettin Kocanın sözlərinə görə, bu gün 1 116 pasiyent koronavirusdan sağalıb. Beləliklə, təhlükəli infeksiyadan sağalanların ümumi sayı 266 117 nəfərə çatıb.

Sizin Reklam Yeriniz