AMEA saytının baş redaktoru yeni vəzifəyə təyin edildi
Azərbaycanın ilk veb-portalı olan science.az saytının baş redaktoru Nərgiz Qəhrəmanova vəzifəsindən azad olub.
Mövqe.az-ın məlumatına görə, N.Qəhrəmanova AMEA-nın Yüksək Texnologiyalar Parkında mətbuat katibi təyin edilib.
O, bu təyinata qədər həm də Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri olub.