Əlaqə Arxiv
news Image
2020.09.29
16:03
| A A A
Hərbi vəziyyət milli birliyə çağırışdır

27 sentyabr 2020-ci il tarixində Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını  yenidən kobud surətdə  pozaraq , müxtəlif növ silahlardan , o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuşlar, bunun nəticəsində də mülki  şəxslər və hərbiçilər arasında ölən və yaralananlar var.  Azərbaycan Ordusu isə əks-hücum əməliyyatlarına başlayaraq erməni mənfurlarına layiqli cavab verirlər. 
      Ermənistanın Azərbaycana qarşı təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən  öhdəliklərini kobud şəkildə  pozmaqla Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutaraq , mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir.
     Ölkə prezidenti cənab İlham Əliyev “ Hərbi vəziyyət elan edilməsi haqqında” 27 sentyabr 2020-ci tarixində Fərman imzaladı .
     Ölkədə Hərbi vəziyyətin elan olunması dövlət, xalq və ordunun birliyindən xəbər verir. Eyni zamanda mənfur ermənilərin təxribatlarına adekvat cavab kimi dəyərləndirilir. 
         Hərbi vəziyyət zamanı tətbiq edilən komendant saatlarında ictimai təhlükəsizliyin qorunması ön plana keçir. Komendant saatlarında, şəxslərin xüsusi icazə vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədi təqdim etmədən küçələrdə və ya digər ictimai yerlərdə olması qəti qadağandır. Azərbaycan qanunvericiliyinə əsasən, hərbi vəziyyət zamanı bütün ölkə ərazisində məxfilik rejimi üstünlük təşkil edir. Hərbi vəziyyətin elan olunduğu ərazilərə xüsusi giriş-çıxış rejimi, ölkəyə gəlmə və ölkədən çıxmaq üçün xüsusi qaydalar tətbiq olunur.
      Azərbaycanın hər bir vətəndaşı bu Fərmandan irəli gələn tələblərə riayət etməli olduğunu və onun məsuliyyətini dərk edir.
     Bu Fərman həm də xalq tərəfindən dəstəklənir və dünya ictimaiyyəti də  bu siyasi mesajla Azərbaycan xalqının ruh yüksəkliyini və haqq-ədalət uğrunda mübarizə apardığını göstərir.  


Gülnarə Hacıyeva
Nəsimi rayon sakini

Sizin Reklam Yeriniz