Əlaqə Arxiv
news Image
2020.10.01
20:20
| A A A
Ordumuza sovqatlar göndərilir

Ordumuzun düşmənin təxribatlarına qarşı sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı xalqımıza sevinc hissi yaşadır. Hər zaman ordumuzla bir olan vətəndaşlarımız əsgərlərimizi ziyarət edir, hərbi hissələrimizə sovqat gətirir, şəxsi heyətə mənəvi dəstək olurlar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Mövqe.az-a bildirilib ki, Ordubad Rayon İcra Hakimiyyəti, Şərur rayonun Vərməziyar və Qorçulu kəndlərinin, Babək rayon Qoşadizə kəndinin, Şahbuz və Sədərək rayonlarının sakinləri tərəfindən Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinə 8 xırdabuynuzlu heyvan, 160 kiloqram quzu əti, meyvə-tərəvəz, şirin və mineral sular, müxtəlif növ ərzaq məhsulları, siqaret və təmizlik ləvazimatları gətirilib.

Qeyd olunub ki, hər zaman olduğu kimi ordumuzun işğalçı düşmənə qarşı apardığı uğurlu əks-hücum əməliyyatı zamanı da xalqımız ordumuzun yanındadır. İnanırıq ki, ordumuz bu döyüşdən qələbə ilə çıxacaq, işğal altında olan torpaqlarımız düşməndən tam azad olunacaqdır.

Sizin Reklam Yeriniz