Əlaqə Arxiv
news Image
2020.10.01
22:27
| A A A
Qələbəyə əminik!
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub.  Şiddətli döyüşlər nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd,  Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.  Kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali və hərbiçilər arasında həlak olan və yaralananlar da olmuşdur. 
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. Görüş zamanı Prezident İlham Əliyev çıxış edərək demişdir: “bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”. 
Azərbaycan həmişə xalqın rifahını əsas tutan siyasət yürütmüşdür. Bunun ən bariz nümunəsi olaraq şəhid ailələrinə olan qayğını göstərə bilərik. Şəhid ailələrinə hər zaman ölkəmizdə xüsusi diqqət yetirilir. Bunun bariz nümunəsi kimi  Cənab Prezidentin görüşdə söylədiyi fikirləri misal göstərə bilərik: “şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Deyə bilərəm ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Bilirsiniz ki, mənim göstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Biz bu gün də şəhidlər veririk, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların ailələrinə, yaxınlarına səbir versin. Onların qanı yerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir”. 
Azərbaycan xalqı öz  ərazi bütövlüyünü bərpa edəcək. Orduda və cəmiyyətdə ruh yüksəkliyi var, bu da qələbədən xəbər verir.
Sədaqət Həsənova 
Nəsimi rayon təhsil işçisi
Sizin Reklam Yeriniz