Əlaqə Arxiv
news Image
2020.10.19
21:11
| A A A
Bu ölkədə Gəncə hadisələrini əks etdirən guşə yaradıldı

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün ölkəmizin Londondakı səfirliyinin binası önündə xain hücumun nəticələrini əks etdirən şəkillərdən ibarət guşə yaradılıb.

Mövqe.az xəbər verir ki, Londonda yaşayan soydaşlarımız bu hücumun qurbanlarını yad etmək məqsədilə səfirliyin binasının qarşısına gələrək oraya gül-çiçək, uşaq oyuncaqları qoyur, başsağlığı verir, yaralılara şəfa diləyirlər.

Sizin Reklam Yeriniz