Əlaqə Arxiv
news Image
2020.10.20
09:12
| A A A
Qarabağ Azərbaycandır!
Bütün müharibələrdə amansız və vicdandan yoxsul tərəf olur. Amma inana bilmərəm ki, hər hansı bir dövrdə hansısa düşmən ermənilər kimi qəddar və zalım olsun. 
     Azərbaycan ordusu haqqımız olan qədimdən bəri bizim olan torpaqlarımızı geri qaytarmaq üçün, Vətənə qovuşdurmaq üçün düşmən ordusu ilə döyüşür. Mərdliklə, şərəflə canlarından keçməyə hazır olan igidlərimiz, cəsur oğullarımız Şuşada Azərbaycan bayrağını dalğalandırmaq üçün çətin lakin şərəfli döyüşdədirlər. Könüllü surətdə Qarabağımızı tərk etmədikləri üçün qüvvətli əsgərlərimiz, vətənpərvər ordumuz terrorist düşmən ordusunu məhv edir. Lakin mənfur düşmən həmişəki kimi hiyləgər əksinə, xaincəsinə gecə şirin yuxusunda olan dinc əhaliyə, körpə hələ danışa bilməyən uşaqların belə həyatına son qoyaraq nə qədər vəhşi xidmətə sahib olduqlarını bir daha sübut etdilər. 
     Tezliklə Azərbaycan dünyaya günəş kimi doğacaq. Şuşa və Qarabağ canımız Azərbaycanımıza qovuşacaq.
     Mən Qarabağda müharibə şəraitində keçən uşaqlıq illərinə və Vətən həsrəti ilə keçən bir ömrə sahibəm. Artıq ümidlərimiz, xəyallarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, güçlü ordumuzun fədakarlığı sayəsində gerçəkləşir. Artıq zəfər zamanı, qələbə sevinci dadmağın vaxtıdır. 
Günel Yaqubova
Nəsimi rayon Təhsil işçisi
Sizin Reklam Yeriniz