Əlaqə Arxiv
news Image
2020.10.22
09:05
| A A A
Şanlı Ordumuzun uğurları

30 ilə yaxındır ki, aparılan danışıqlar heç bir nəticə vermədi. Tarixdən də, məlum olduğu kimi, Ermənistan dövləti bizim torpaqlarımızı vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Onlar  vaxtı uzadırdılar və bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar, Laçın şəhərində minlərlə insanı yerləşdiriblər, Kəlbəcərdə minlərlə insanı yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda da - Füzuli, Cəbrayıl və digər rayonlarımızda da onlar bizim kəndlərimizdə yaşayıblar. O kəndlərin böyük hissəsi dağıdılıb, ancaq bəzi evlərdə onlar bizim torpağımızda yaşayıblar. Cənab Prezidentimiz İlham Əliyev xalqa müraciəti zamanı bildirmişdir ki, Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, bizim vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq və ondan sonra “referendum” keçirmək tamamilə insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir.  Bu gün onlar çalışırlar ki, status-kvonu bərpa etsinlər. Prezidentimiz bununla bağlı qeyd etmişdir ki, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalq aləmi aldadırdı. Bu, beynəlxalq vasitəçilərə hörmətsizlikdir. Ona görə, bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Prezidentimiz: “ Artıq mənfur düşmən bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü.” söyləmişdir.
      Qeyd etmək istərdim ki, prezidentimiz xalqa müraciəti zamanı həmçinin, uzun zamandır gözlədiyimiz şad xəbərləri vermişdir. Şanlı Azərbaycan Ordusu Füzulinin, Cəbrayılın bir sıra  kəndlərini, o cümlədən Zəngilan rayonun bir sıra yaşayış məntəqələrini, kəndlərini  işğaldan azad etmişdir. Bu bizim üçün qürurverici haldır. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan! 
 Əliyeva Zenfira                
 Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi

 

Sizin Reklam Yeriniz