Əlaqə Arxiv
news Image
2020.10.22
14:50
| A A A
İgidlər məskəni, Azərbaycan!
Qeyd edək ki, ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Cənab Prezidentin öz vədinə sadiq olduğunu bir daha təsdiq edir. Bəli, bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır. 
Dövlətimizin diqqət və qayğısını, xalqın dayağını daim öz üzərində hiss edən hərbçilərimizin isə döyüş ruhu birə-beş artır, Vətən övladları sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar . Bizi gözləyən dədə-baba yurdlarımız çətinlikləri unutmamıza yardımçı olur. Bizim yalnız bir məqsədimiz var - erməni dığalarından qisasımızı almaq, onları Vətənimizdən qovub çıxarmaq. O günə isə çox az qalıb. Bu torpaqlar bizlərə dədə-babalarımızdan qalan əmanətdir. 
Böyüklərimizdən onu da öyrənmişik ki, əmanəti canın bahasına olsa da qorumalısan. Qorumaq üçün Mübarizlərimiz, Çingizlərimiz, Poladlarımız , Urfanlarımız... kimi mərd oğullarımız bir an tərəddüd etmədən canlarından keçiblər. Onların hamısı Azərbaycan əsgəri üçün bariz nümunədir. Bəli, bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi Lider Prezidenti, Ali Baş Komandanı var. Həmçinin, əlində silah gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitləri vardır və işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərək, Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, əks-təqdirdə, təcavüzkar Ermənistan qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü bir daha görəcək!Bütün bunlar göstərdi ki, belə xəbərləri yenə eşidəcəyik. Müharibə hələ bitməyib. Nə qədər ki, əzəli-əbədi torpaqlarımız düşmən işğalı altındadır, Azərbaycan əsgəri silahını yerə qoymayacaq!
İbrahimova Günay
Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi 
Sizin Reklam Yeriniz