Əlaqə Arxiv
news Image
2020.10.22
17:44
| A A A
ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları Kürdəmirdə əməliyyatları davam etdirib və ballistik raketin 8K14 (ELBRUS/SCUD) tipinə aid olduğunu bir daha sübut edən partlamış raket qalıqlarını aşkar edib.

Mövqe.az-ın məlumatına görə, bu barədə ANAMA-nın "Twitter" hesabında məlumat verilib.

Xatırladaq ki, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Sizin Reklam Yeriniz