Əlaqə Arxiv
news Image
2020.10.25
08:44
| A A A
Bizim canımız- Qarabağ!


Doğulub boya-başa çatdığın, suyunu içib, nemətini daddığın, acısı ilə kədərlənib, sevinci ilə qanadlanıb uçduğun, yaxşısı ilə öyünüb, pislərini özünə dərd etdiyin yurd -Vətəndir. Bu vətənin böyük, şərəfli bir adı var- Azərbaycan! Azərbaycan mənim vətənimdir.
        Doğma vətənimə sevgim hər şeyə - havasından, suyundan, təbiətindən, torpağından, daşından tutmuş insanlarına olan dərin və tükənməz sevgimdir. Bu vətənin şanlı tarixi keçmişi, indisi və işıqlı gələcəyi mənə əzizdir. Çünki vətənim Azərbaycan asanlıqla bugünkü vəziyyətə gəlib çıxmamışdır. Onun zaman-zaman yadelli işğalçılar tərəfindən bağrı dəlik-deşik olmuş, güclü istila və talanlara məruz qalmışdır. Bir yandan azğın işğalçılar tərəfindən soyulub talan edilmiş, digər tərəfdən isə param-parça edilərək bir tərəfi Şimal, o biri tərəfi Cənub olaraq ikiyə bölünmüşdür. Odur ki, əsrlər boyu Azərbaycan adlanan yurdum yaralanmış, sızlamış öz övladlarından yardım və kömək istəmişdir. Mərd və mübariz Azərbaycan oğulları bu çağırışa qeyrətlə səs vermiş, yolunda saysız-hesabsız şəhid və qurbanlar vermişlər.
    Bugünkü günümüzdə də Dünya birliyi Qarabağ faciəsini əvvəllər olduğu kimi görməzdən gəlirlər. Bu belə olmamalıdır! Azərbaycan Respublikası bu məsələdə sonsuza qədər haqqlıdır. Hər zaman haqqımızı tələb etmişik ancaq bir səs-səmir çıxmayıb. Biz həmişə məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıydıq. Ancaq Ermənistan haqqsız olduğu təqdirdə bu sülhə razılıq vermirdilər. Ona görə də məsələ bu yerə kimi gəlib-çıxdı. Artıq Qarabağımızın bir sıra əraziləri düşmən tapdağından azad olunub və olunur. Təbii ki, torpaqlarımızın azad olunması asanlıqla başa gəlmir. Vaxtında bizim sülh addımlarımızı rədd edən ermənilər indi Dünya birliklərindən sülh dilənirlər. Artıq gecdir. Biz Ali Baş Komandanımızın başçılığı və Şanlı Ordumuzun köməyi ilə tezliklə Qarabağımızın göz bəbəyi olan Şuşamızda bayrağımızı dalğalandıracayıq. 
    Biz vətənimiz Azərbaycanı hədsiz məhəbbətlə sevir, bu torpağın övladı kimi ona səcdə edirik. Lazım gələrsə, Vətənimizin azadlığı və şərəfi uğrunda canımızdan da, qanımızdan da keçməyə hazırıq. 
Hüseynli Elşən 
Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi 
  
 

Sizin Reklam Yeriniz