Əlaqə Arxiv
news Image
2020.10.26
15:15
| A A A
İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 337 nəfər koronavirusdan (COVID-19) ölüb.

Mövqe.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 32 953 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 960 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 574 856 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 982 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.


Sadat Lari qeyd edib ki, İranda indiyədək 459 250 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 4,75 milyondan çox diaqnoz testi həyata keçirilib.

Sizin Reklam Yeriniz