Əlaqə Arxiv
news Image
2020.10.26
21:21
| A A A
Erməni hərbçilər: Üç gündür acıq, bizi atıb gediblər... - Video

Sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntü yayılıb.

Mövqe.az xəbər verir ki, həmin videogörüntüdən birində bir qrup hərbçinin başsız qaldığı və 3 gündür ac, susuz əraziyə atıldıqları aydın olur.

Hərbçilərdən biri videogörüntünü qeydə alarkən belə deyir:

"Baxın, ay millət, bu artıq 2-ci gündür. Armavir vilayətindən gələnlər, digərləri də bir başqa vilayətlərdən (çəkərək göstərir). Yağışın altında, 3 gündür ac, nə yemək var, nə adam var, nə əsgər var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə (söyüş söyür) deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin, silahları götürək düşək aşağı, hərbi hissəyə. Hələ baxın (yeri çəkir)".

Göründüyü kimi, Azərbaycan Ordusunun qüdrəti qarşısında erməni hərbçiləri bu cür acınacaqlı duruma düşüblər.

 

Sizin Reklam Yeriniz