Əlaqə Arxiv
news Image
2020.10.27
13:11
| A A A
Platforma növbətçilərinin seçim imtahanları başa çatıb
Bir aylıq kursdan sonra işə qəbul imtahanı keçiriləcək

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sərnişin platforması növbətçisi peşəsi üzrə elan etdiyi vakansiya ilə bağlı seçim mərhələləri başa çatıb.

Bakı metropoliteninin stansiyalarında hərəkətin nizamlanmasında ən əhəmiyyətli peşələrdən biri olan platforma növbətçisinin əsas vəzifələri sırasında sərnişinlərin qatarlarda təhlükəsizliyini, platformada intizamlı davranışını təmin etmək qeyd oluna bilər. Bu peşə sahibləri qatar maşinistləri ilə yanaşı, ictimaiyyət arasında metropolitenin ən çox tanınan əməkdaşlarıdır.

Elan dərc edildikdən sonra daxil olmuş 600-dən çox elektron müraciətə baxılıb. Lakin qoyulmuş əsas tələblərə uyğun olaraq 305 nəfər imtahana buraxılıb. İmtahan test qaydası ilə keçirilən və koronavirus (“COVID-19”) infeksiyasına qarşı profilaktik tədbirlərin tələblərinə, eləcə də Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və tapşırıqlarına uyğun olaraq təşkil edilib. İddiaçıların çox olması səbəbilə imtahanlar sosial məsafənin qorunması və digər zəruri tədbirlərin tətbiqi şəraitində bir neçə gün ərzində müraciətlərin ardıcıllığına uyğun keçirilib.

İddiaçıların məntiqi və metropolitenlə bağlı ilkin ibtidai biliklərinin yoxlanılmasından ibarət olan test imtahanına 232 nəfər qatılıb. Dəvət edilmiş digər uyğun gələn namizədlər naməlum səbəblərdən imtahanda iştirak etməyiblər.

Yekun olaraq 53 nəfər keçid balını toplayaraq, növbəti mərhələyə buraxılıb. Fərdi müsahibə mərhələsinə dəvət olunanlar arasından 31 nəfərin komissiyanın qərarı ilə platforma növbətçisi vəzifəsi üzrə müvafiq kursa dəvət olunması məqbul hesab edilib.

Platforma növbətçisi üzrə kursun 1 ay ərzində keçirilməsi nəzərdə tutulub. Yekunda müdavimlərin peşə ilə bağlı imtahanları keçiriləcək. Kursu

müvəffəqiyyətlə bitirən müdavimlər tibbi arayış təqdim edərək, platforma növbətçisi kimi işə qəbul olunacaqlar.

Bütün mərhələlərdən uğurla keçən 26 nəfərdən beşi qadındır. Dünyada davam edən yeni tipli “COVID-19” virusu ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ölkədə elan edilmiş Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq bütün fəaliyyətlərlə yanaşı tədris prosesi müddətində Bakı metropolitenində də keçirilən təlimlər iki qrupda aparılır. Müdavimlər artıq peşəkar təlimçilərin apardığı təlimlərdə iştirak edir

Sizin Reklam Yeriniz