Əlaqə Arxiv
news Image
2020.10.27
14:24
| A A A
Tarixin ən biabırçı səhifəsini yaşayırıq - Manukyan

Ermənistanın sabiq baş naziri Vazgen Manukyan müharibədəki məğlubiyyətə görə Ermənistan rəhbərliyini istefa verməyə səsləyib.

Mövqe.az xəbər verir ki, V.Manukyan bəyanat yayaraq, Ermənistanın hazırda tarixin ən biabırçı səhifələrini yaşadığını bildirib.

“Təkcə Qarabağın deyil, Ermənistanın və erməniliyin gələcəyi də təhlükə altındadır. Bundan xilas olmaq üçün hökumət bütün hakimiyyəti orduya verərək istefaya getməlidir, özü də bunu könüllü şəkildə etməlidir. Bu, yeganə xilas yoludur”.

Sizin Reklam Yeriniz