Əlaqə Arxiv
news Image
2020.10.28
11:13
| A A A
Ermənistanda daha 2 241 nəfər koronavirusa yoluxdu

Ermənistanda koronavirusa yoluxanların sayı 82 651 nəfərə çatıb.

Mövqe.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 241 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 21 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 243 nəfər koronavirusdan ölüb, 28 548 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Sizin Reklam Yeriniz