Əlaqə Arxiv
news Image
2020.10.28
12:57
| A A A
Gürcüstanda 1 700-ə yaxın tibb işçisi koronavirusa yoluxub

Gürcüstanda tibb işçiləri arasında 1 678 nəfər koronavirusa yoluxub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, tibbi heyət üzvləri infeksiyaya yalnız vəzifə borclarını yerinə yetirərkən deyil, ailə daxilində də yoluxurlar.

Mərkəz rəhbəri ölkədə həkim çatışmazlığının olmadığını deyib.

Buna baxmayaraq, yaxın vaxtlarda Gürcüstanda COVID-19 pandemiyası ilə mübarizəyə tibbi təhsil alan yuxarı kurs tələbələrindən ibarət əlavə həkim qüvvəsi cəlb olunacaq.

Sizin Reklam Yeriniz