Əlaqə Arxiv
news Image
2020.10.28
16:49
| A A A
Bu mağaza şəhid ailələrinə pulsuz xidmət göstərir - Foto

Göyçay şəhərində yerləşən mağazalardan biri şəhid ailələrinə pulsuz xidmət göstərir.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, şəhərin mərkəzi hissəsində fəaliyyət göstərən Elita Ticarət Mərkəzində şəhid ailələrinə ödənişsiz geyimlər təqdim olunur.

Bununla bağlı mağazanın giriş hissəsinə “Şəhid ailələrinə geyim pulsuzdur” yazısı vurulub.

Mağazanın baş satıcısı Mustafayev Emil deyib ki, ölkəmizin bu çətin və şərəfli günlərində belə təşəbbüs həyata keçirməyi özlərinə borc biliblər.

Qeyd olunub ki, bir neçə gün ərzində ümumilikdə 20-ə yaxın ailəyə paltar yardımı edilib. Dəstək aksiyasının müharibə boyunca davam etdiriləcəyi bildirilib.

Sizin Reklam Yeriniz