Əlaqə Arxiv
news Image
2020.10.29
10:06
| A A A
Ermənilərdə mənəvi dəyərlər həmişə arxa planda olub
Əhməd Qəşəmoğlu: “Ermənilərin belə xarakterini əxlaqsız qadının xarakterilə müqayisə edərdim”

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: "Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin əsgərlərinin cəsədlərini qaytarmağa hazır olduğunu bildirsə də, onlar bu günə qədər buna cavab verməyib, meyitlərə sahib çıxmayıb. Azərbaycan Qazax-Tovuz istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi və Gürcüstan vasitəsi ilə bu cəsədlərin bir qismini və iki nəfər erməni mülki şəxsin - onların biri qadın, digəri isə kişidir, yaşları 80-dən yuxarıdır - təhvil verilməsini istəyib. Ermənistan hələ də buna sahib çıxmır”.  Görəsən, niyə?
Sosioloq alim Əhməd Qəşəmoğlu bildirdi ki, ermənilər tarix boyu öz həyatlarında mənəvi dəyərlərdən uzaq olublar. Bu mənada həmsöhbətimizə görə, ermıənilərin öz meyitlərinə sahib çıxmamaları da erməni xislətindən qidalanır: “Erməni xisləti tamamilə fərqli bir xislətdir. Belə bir xarakterdə olan ikinci bir xalq yoxdur. Bu da ermənilərin qədim tarixi keçmişilə bağlıdır.  Onlar Roma imperiyasından üzü bəri bütün dövrlərdə elə xarakterdə olub ki, problemdən çıxmaq üçün ancaq yaltaqlanmaq, kiçilmək yolunu tutublar və bu yolla da özlərinə müəyyən yer tapıblar.
Bundan sonra parazit kimi böyüyərək fəsad verməklə ermənilərə yer-yurd verən ölkəyə qarşı xəyanətə keçiblər. Hər bir ölkənin tarixində zəifləmə dövrü olur.  Zəifləmə dövründə də ermənilər tarix boyu bir sıra ölkələrə arxadan zərbə vurmaqla başqasının torpağından, ev-eşiyindən, sərvətindən istifadə etməyə çalışıblar. Ermənilər dəfələrlə tarixdə belə çirkin əməllərə yol verib, yəni ilk dəfə deyil ki, buna gedirlər”.
Sosioloq qeyd etdi ki, ermənilər min ilər boyu tarixdə həm xəyanətkar,  həm də şəxsiyyətsiz toplum kimi formalaşıb: “Bu cür formalaşmanın nəticəsidir ki, ermənilərdə qeyri-adi xarakter alınıb.  Bu mənada ermənilərin belə xarakterini əxlaqsız qadının xarakterilə müqayisə edərdim.  Əxlaqsız qadınlardan  siyasi məqsədlər üçün tez-tez istifadə edildiyi kimi, ermənilərdən də tarix boyu siyasi məqsədlər naminə istifadə ediblər. Çünki şəxsiyyətsiz adamdan hər zaman istifadə etmək olur. Erməni xalqı da belə formalaşıb. Son zamanlar ermənilərədn ölkəmizə qarşı da istifadə edirlər.
Ona görə də ermənilərdən mənəviyyat gözləmək mümkün deyil.  Çünki mənəviyyatla bağlı orta statistik normalar onlarda yoxdur. Onlar özlərindən hər şey uydura bilərlər.
Ermənilərin öz meyitlərinə  yiyə durmamaları da  xarakterləri və xislətlərindən irəli gələn və öz məntiqlərinə uyğun prinsiplərdir. Ona uyğun olaraq da düşmən körpə uşaqları müharibəyə cəlb edirlər ki, dünya qarşısında körpələri də hərbə göndərməyə məcbur olduları barədə hay-həşir qaldırsınlar. Məhz buna uyğun olaraq qadınlarını da cəbhəyə göndərirlər.  Bu adamların ümümbəşəri, insani dəyərlərlə bağlı bağlı məədniyyətləri formalaşmayıb. Bu səbəbdən ermənilərdən hər cür mənəviyyatsızlığı gözləmək olar.   Min illərdir müdrik insanlar, dini kitablar yazır ki, mənəvi dəyərlər öndə olanda hər şeyi ahəngdar şəkildə tənzimləyir. Amma mənəvi dəyərlər sıxışdırılanda cəmiyyətdən hər şeyi, hər cür pisliyi gözləmək olar.
Min illərdir ki, ermənilərdə mənəvi dəyərlər həmişə arxa planda olub. Onlar öz məqsədlərinə çatmaq üçün hər cürə mənəviyyatsızlıqlardan istifadə edib.  Ona görə ermənilərdən nə eşitsək onu insanlıq adına yazmayaq. Bu, xüsusi bir fenomendir”.
R. SOLTANOV
 
Sizin Reklam Yeriniz