Əlaqə Arxiv
news Image
2020.10.31
10:44
| A A A
Müzəffər Azərbaycan ordusu

     Azərbaycan ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab olunur.Ordumuz döyüş meydanında özünün üstünlüyünü bir  daha sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi 1ay ərzində  işğaldan azad olundu. Azərbaycan ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.
       Erməni tərəfi işğal etdiyi ərazilərin qalan hissəsindən qosunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri saxlamağa hazırdır. Ermənistan atəşkəs rejimini üç dəfə kobud şəkildə pozaraq siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir.
        Ermənilərə etibar etmək çətindir. Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır.Lakin  Ermənistan tərəfi öz təxribatlarına dayanmadan davam edir.Onların hədəfi mülki əhalidir.Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir.Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır.
         Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub.300-dən çox adam yaralanıb. Budur, ermənilərin əsas siması.
         Rəsmi İrəvan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Onların problemlərini başqa ölkələr həll edir.
         Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibənin  baş verməsini görərik.
           Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanı təşkil etmək, Cenevrə Konversiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması ,Livan ermənilərinin Dağlıq Qarabaqda, o cümlədən Şuşada məskunlaşdırılması, parlamentin Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edir.


Mətanət Ramazanova
Nəsimi rayon Təhsil işçisi

Sizin Reklam Yeriniz