Əlaqə Arxiv
news Image
2020.11.03
11:26
| A A A
Ermənistanda daha 22 nəfər koronavirusdan öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 94 776 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 328 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 22 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 413 nəfər koronavirusdan ölüb, 35 381 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Sizin Reklam Yeriniz