Əlaqə Arxiv
news Image
2020.11.03
16:36
| A A A
Türkiyənin nümayəndə heyəti Gəncəyə gəldi - Foto

Türkiyə Respublikasının Gənclər Fondunun nümayəndə heyyətinin üzvüləri Gəncə şəhərinə səfər edib.

Mövqe.az xəbər verir ki, səfər çərçivəsində qardaş ölkənin rəsmiləri Gəncə şəhərində raket düşən əraziyə baş çəkib. Dağılan evlərə gül dəstələri düzülüb, dualar oxunub.

"İnanılmaz bir şəkildə Türkiyə və Azərbaycan qardaşlığının şahidi oluruq. Bütün dünya bu qardaşlığın şahidi olur. Gəncə başda olmaqla Bərdə və digər şəhər və rayonlarda günahsız, sivil insanların yaşadığı ərazilərdə qətlə yetirilməsi bir daha Ermənistanın bir terror dövləti olmasını, bu terror ölkəsinin rəhbərlərinin müharibə cinayəti işlədiyinin bariz sübutudur. İnşallah başda Şuşa şəhəri olmaqla bütün Qarabağ bölgəsinin işğaldan azad olunmasının şahidi olacağıq" - deyə Türkiyə Gənclər Fondunun rəhbəri qeyd edib.

Sizin Reklam Yeriniz