Əlaqə Arxiv
news Image
2020.11.04
11:26
| A A A
Ermənistanda yeni rekord: bir gündə 35 nəfər öldü

Ermənistanda son sutkada koronavirusa 2374 yoluxma faktı aşkarlanıb və bununla da ümumilikdə yoluxanların sayı 97 150 olub.

Mövqe.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutkada rekord sayda – 35 nəfər bu virusdan ölüb və ümumi ölənlərin sayı 1448-ə çatıb. Yan xəstəlikdən ölənlərin sayı isə 6 (ümumilikdə 389) olub.

Hazırda 36502 aktiv xəstə var.

Sizin Reklam Yeriniz