Əlaqə Arxiv
news Image
2020.11.04
15:42
| A A A
Dövlətimizin və xalqımızın birliyi sarsılmazdır!

Varı, dövləti ilə çox gözləri çıxaran, çox ağızların suyunu axıdan məmləkətim! Əsrlər boyu başın nələr çəkmiş! Neçə-neçə xain əllər səni qamarlamaq üçün yarışa girmiş! Torpağına,daşına göz dikənlər yeraltı,yerüstü sərvətlərini mənimsəmək üçün hansı yollara əl atmadılar? Mərd övladların düşmənə qarşı silaha sarılıb vətən yolunda canlarından keçdilər.Mənfur qonşun Ermənistan dövləti bu illər ərzində işğal altında olan torpaqlarımızda at oynatdı.Bu münaqişəni həll etmək üçün yaradılmış BMT,Minsk , Avropa parlamenti kimi qurumlar müxtəlif siyasi oyunlar oynaya-oynaya mənasız görüşlər keçirərək bu məsələnin həllinin hərbi yolla deyil , yalnız və yalnız sülh yolu ilə mümkün olduğunu nümayiş etdirirdilər.

       Bu saxta qərarların ancaq qarşı tərəf üçün sərf etdiyini çox yaxşı anlayan Ali Baş Komandan torpaqlarımizı azad etmək məqsədilə döyüş əmrini verdi.Artiq bir aydan çoxdur ki, Azərbaycanin şanlı ordusu bu işi ləyaqətlə yerinə yetirir.Bes rayon,yuzlərlə kənd artıq azad olunub.Bizim hərbi nailiyyətlərimizlə barışa bilməyən qarşı tərəf beynəlxalq hüququ pozaraq 90 - a yaxın mülki şəxsi qətlə yetirdi və yüzlərlə insanı yaraladı.Cəbhə bölgəsində minlərlə ev raket zərbələri ilə darmadağın olundu.Bütün bunları görməzdən gələn Rusiya,Almaniya,Fransa kimi dövlətlərin bir sıra telekanallarının jurnalistlərinin möhtərəm prezidentimizə ünvanladığı bəzi suallardakı qərəzli mövqe onların açıq - aşkar ermənipərəst olduğunun bariz nümunəsi idi .

       Ali Baş Komandanımızın belə suallara müdrikcəsinə və soyuqqanlı şəkildə verdiyi cavablar isə onun Heydər Əliyev adlı necə bir ümummilli liderin layiqli davamçısı olduğunu bir daha sübut etdi.
Biz haqq yolundayiq.Bu yolla gedənlər isə əsla büdrəməz.Buna həm cəsarətimiz,həm gücümüz,həm də siyasi biliyimiz kifayət edir.Çünki dövlətimizin və xalqımızın birliyi sarsılmazdır.Qarabağ Azərbaycandır!

Elnurə Mamedova

Nəsimi rayon təhsil işçisi

Sizin Reklam Yeriniz